Ölkə

Ardanı istəyən Avropa nəhəngi bilindi


“Mançester Yunayted” “Real Madrid”in ulduzu Arda Güleri transfer etmək üçün hərəkətə keçib.


AZERFAX.AZ xəbər verir ki, Madrid klubu Ardanın transferinə razılıq vermək istəməsə də, “Mançester Yunayted” cəhdlərə başlayıb. İspaniya mətbuatında dərc edilən xəbərlərə görə, “Real” Arda ilə bağlı qəti mövqe sərgiləyib. “Real”ın prezidenti Florentino Peres Ardanı satmaq istəmir. Lakin Ardanın sərbəst qalma haqqı ödənilərsə, o göndərilə bilər. Onun müqaviləsində sərbəst qalma maddəsi olmasa da, bu rəqəmin təxminən 50 milyon avro olduğu bildirilir. Bu məbləğin danışıqlar yolu ilə daha da artırıla biləcəyi vurğulanıb.

Qeyd edək ki, Arda Gülerin “Real”la müqaviləsi 2029-cu ildə yekunlaşır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button