Ölkə

Ardanın üstündən “xətt çəkildi” – Alonso ulduz futbolçunu istəyir


“Real Madrid”in baş məşqçisi Xabi Alonso “Çelsi”nin argentinalı ulduzu Enzo Fernandesin transfer edilməsini istəyir.


AZERFAX.AZ xəbər verir ki, o Enzo Fernandesi Luka Modriç və Toni Kroosun əvəzedicisi hesab edir. “Fichajes”də dərc edilən xəbərə görə, Alonso argentinalını komandanın gələcək planının təməl daşı hesab edir və transferi həyata keçirmək üçün klubun idarə heyətinə təzyiq edir. Bildirilir ki, “Çelsi” Enzo Fernandesi almaq üçün 110 milyon avro xərcləyib. Buna görə də, “Çelsi”nin futbolçunu asan əldən verməyəcəyi irəli sürülür.

Qeyd edək ki, Luka Modriç və Toni Kroosun gedişindən sonra yarımmüdafiədə nəzarət və yaradıcılıqda çatışmazlıq müşahidə edilir. Bundan əvvəl “Real”da oyun qurucu mövqeyinin Arda Gülerə həvalə edildiyi barədə xəbərlər dərc edilmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button