Ölkə

Arsenal” son dəqiqə məğlubiyyətdən “canını qurtardı


Londonun “Arsenal” klubu İngiltərə Premyer Liqasının 5-ci turunun son dəqiqələrində “Mançester Siti”yə məğlubiyyətdən xilas olub.


AZERFAX.AZ xəbər verir ki, Londondakı “Emirates” stadionunda keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb.

Qarşılaşmanı baş hakim Stüart Atvell idarə edib.

Hesabı doqquzuncu dəqiqədə Erlinq Holann açıb və “Siti”ni önə keçirib. 90+3-cü dəqiqədə Qabriel Martinelli bərabərlik qolunu vurub.

Bu oyundan sonra “Mançester Siti” 7 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu, “Arsenal” isə 10 xalla ikinci pillədə qərarlaşıb.

“Şəhərlilər” növbəti turda sentyabrın 27-də doğma meydanda “Byornli”ni qəbul edəcək, “topçular” isə sentyabrın 28-də səfərdə “Nyukasl Yunayted”lə qarşılaşacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button