Audiovizual Şura “Space TV”yə xəbərdarlıq etdi

Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda 2025-ci il oktyabrın 8-də, saat 22.06-23.09 arası “Space TV” kanalının efirində yayımlanan “Banu” proqramında bölgələrin birində keçirilmiş qohum evliliyinə dair toy şənliyinin nümayişi müzakirə olunub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Müzakirələr zamanı proqramın həmin buraxılışı ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, ailə rifahının və sosial dəyərlərin qorunması istiqamətində aparılan hüquqi islahatların mühüm nəticələrindən biri kimi 1 iyul 2025-ci il tarixindən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə” edilmiş qohumlar arasında evliliyin qadağan olunması ilə bağlı müvafiq dəyişikliklliklər prizmasından qiymətləndirilib: “Hazırda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə görə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.