Avqustda Azərbaycanda nağdsız ödənişlər 20% artıb

Bu ilin avqust ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 % artaraq – 8 milyard 172 milyon manat təşkil edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
bunun 7 milyard 153 milyon manatı (87,5 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 15 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,3 %-ni təşkil edib.
Sentyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 21 milyon 129 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1 %, ilin əvvəli ilə müqayisədə 6,2 %, ötən ilin eyni dövrünə nisbətən 13,8 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 16,8 % artaraq 19,017 milyon, kredit kartlarının sayı isə 7,4 % azalaraq 2,113 milyon olub. Avqustda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 11,645 milyard manat (illik müqayisədə 16,8 % çox) və 739 milyon manat (1,6 % az) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 8,35 %, POS-terminalların sayı isə 50,7 % artaraq müvafiq olaraq 3 465 ədəd (Bakı üzrə 1 859ədəd) və 152 348 ədəd (Bakı üzrə 94 384 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5beynəlxalq kart ödəniş sistemi mövcuddur – “Visa İnternational”, “MasterCard İnternational”, “American Express”, “Diners Club İnternational” və “JCB Card”dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.