Ölkə
Avropada bu xəstəlik sürətlə yayılır

“Candida auris” adlı dərmanlara davamlı göbələk Avropa xəstəxanalarında sürətlə yayılır və xəstələr üçün ciddi təhlükə yaradır.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) məlumat yayıb.
Bildirilir ki, göbələk xəstəxanalarda səthlərdə və tibbi avadanlıqlarda uzun müddət qala bilir və xəstələr arasında asanlıqla yayılır. Bu səbəbdən xəstəliyin qarşısını almaq çətindir.
Xatırladaq ki, “Candida auris” yüksək riskli xəstələrdə ciddi infeksiyalar törədir və xəstəxanalar üçün təhlükəli hesab olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.