Avropada su böhranı dərinləşir

Avropanın su ehtiyatları son illərdə sürətlə azalır.
AZERFAX.AZ xəbər verir ki, “Spiegel” nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyada aparılan genişmiqyaslı araşdırma qitədə torpaq və yeraltı suların son 20 ildə ciddi şəkildə azaldığını ortaya çıxarıb. Xüsusilə Cənubi və Mərkəzi Avropa ölkələri — İspaniya, İtaliya, Fransa, Almaniya və Polşa su qıtlığından ən çox təsirlənən bölgələr kimi göstərilir.
Mütəxəssislər bu narahatedici prosesin əsas səbəbi kimi iqlim dəyişikliyini göstərirlər. Yeraltı su səviyyəsinin düşməsi kənd təsərrüfatına, içməli su təminatına və təbii ekosistemlərə birbaşa təhlükə yaradır. Tədqiqat nəticələrinə əsasən, Skandinaviya və Şimali-Qərbi Avropada rütubət artsa da, Cənubi və Cənub-Şərqi Avropada quraqlıq daha da güclənir.
Avropa Komissiyası mövcud risklər fonunda su resurslarının qorunması ilə bağlı xüsusi strategiya hazırlayıb. Bu sənəd 2030-cu ilədək su istifadəsinin ən azı 10 faiz daha səmərəli olmasını hədəfləyir. Alimlər xəbərdarlıq edirlər ki, xüsusilə İspaniyada suyunun azalması bütün Avropa ölkələrinə, o cümlədən meyvə-tərəvəz idxal edən dövlətlərə ciddi təsir göstərə bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



