Ölkə

Avtomobil nömrəsini itirən sürücülərin nəzərinə


Bəzən sürücülər müxtəlif səbəblərdən avtomobilin dövlət nömrə nişanını itirirlər. Lakin bu zaman eyni seriya və rəqəmləri yenidən almaq mümkün olmur.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev AZERFAX.AZ-a açıqlamasında bildirib ki, nömrənin itirilməsinə görə isə hər hansı cərimə nəzərdə tutulmayıb.


O qeyd edib ki, bu halda nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs aidiyyəti üzrə ərazi polis orqanına müraciət etməlidir:

“Nömrə itirilirsə və tapılmırsa, yenidən həmin dövlət nömrə nişanı verilmir. Bu zaman nömrə sərfiyyatdan çıxarılır. Bu halda avtomobil sahibi yeni dövlət nömrə nişanı almalıdır. Bunun üçün o, Yol hərəkəti haqqında Qanunda nəzərdə tutulmuş qaydada ərazi aidiyyəti üzrə BDYPİ-nin Qeydiyyat-imtahan məntəqələrinə müraciət etməlidir”.

E.Hacıyev qeyd edib ki, yeni nömrə nişanının alınması üçün xüsusi gözləmə müddəti yoxdur.

Sevinc İbrahimzadə / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button