Ölkə

​Avtoyuma məntəqəsi və un məmulatı sexindən oğurluq edən şəxslər saxlanıldılar


Abşeron rayonu ərazisində bir nəfər polisə müraciət edərək çalışdığı un məmulatı sexindən 1150 manat dəyərində mobil telefonunun oğurlandığını bildirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən O.İgdaliyev və V.Əliyev müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində yerləşən avtoyuma məntəqəsindən 300 manat pul oğurlamaqda şübhəli bilinən 30 yaşlı Ş.Salmanov və D.Rəsulov da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla məlum olub ki, D.Rəsulov digər bir obyektdən 1200 manat dəyərində elektrik avadanlığı da oğurlayıb.

Araşdırmalar aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button