Ölkə
AYNA qəza ilə bağlı açıqlama yaydı

Dekabrın 25-də Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır.
AZERFAX.AZ xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, “İsuzu” markalı avtobus *qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla* toqquşub.
Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcəkdir.
Qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



