Azərbaycan avtomobil hissələri idxalını artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyard 169 milyon 147,43 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin 9 ayı ilə müqayisədə 478 milyon 689 min ABŞ dolları və yaxud 28,32 % çoxdur.
9 ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 12,94 %-ni təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 35 milyard 376 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 606 milyon ABŞ dolları ixracın, 16 milyard 769 milyon ABŞ dolları isə idxalın payına düşüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.