Ölkə
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə The European House – Ambrosetti arasında görüş keçirilib

Sentyabrın 22-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov və birinci müavini Xəyyam Məmmədov The European House – Ambrosetti və TEHA Group-un İdarəedici Partnyoru və Baş İcraçı Direktoru Valerio De Molli ilə görüş keçiriblər. AZERFAX.az xəbər verir ki, görüş zamanı dövlət və özəl sektor üçün strateji məsləhətçilik, iqtisadi və sosial araşdırmalar, habelə beynəlxalq əməkdaşlıq sahələrində potensial tərəfdaşlıq imkanları müzakirə olunub.

