Ölkə

Azərbaycan güləşçiləri beynəlxalq yarışın ilk günündə 4 medal qazandı


Azərbaycan güləşçiləri Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasının ilk günündə 4 medal qazanıblar.


Bu barədə AZERFAX.AZ-a federasiyadan məlumat verilib.

“Ruh Ordo” mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışlarda bu gün 6 çəkidə mübarizə baş tutub. Yunan-Roma güləşçilərimizdən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə isə Ramik Heybətov (74 kq) üçüncü yeri tutub.

Universiadada güləş yarışlarına sabah yekun vurulacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button