Ölkə
Azərbaycan PUA operatorları Qazaxıstanda beynəlxalq təlimdə iştirak edib

Azərbaycan, Qazaxıstan və Qırğızıstan Fövqəladə Hallar nazirliklərinin (FHN) pilotsuz uçuş aparatlarının (PUA) operatorları sentyabrın 15-19-da Almatı şəhəri və Almatı vilayətində fövqəladə halların qarşısının alınması və aradan qaldırılmasında dronların istifadəsinə həsr olunmuş beynəlxalq təlimdə iştirak ediblər.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Tədbir Fövqəladə Hallar və Təbii Fəlakət Risklərinin Azaldılması Mərkəzi tərəfindən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) və Qazaxıstan FHN-in dəstəyi ilə təşkil edilib.
Təlimdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında (zərərçəkənlərin axtarışı, sel axını, qar uçqunu, sürüşmə və daşqınların monitorinqi) pilotsuz uçuş aparatlarının əməli tətbiqinə xüsusi diqqət yönəldilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.