Ölkə

Azərbaycan taekvondoçuları medallar qazandı – FOTO


Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının üzvləri İsveçrənin Sanqt-Qallen şəhərində keçirilmiş “Swiss Open 2025” beynəlxalq turnirində uğurla çıxış ediblər.


AZERFAX.AZ xəbər verir ki, təmsilçilərimizdən Bəhruz Quluzadə (54 kq), Cavad Ağayev (80 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.

Etac Qafarov (87 kq) gümüş, Qaşım Maqomedov (63 kq), Riyad Şirəliyev (68 kq) və Səmərrux Osmanova (49 kq) isə bürünc medallara sahib çıxıblar.

Komandamızın üzvü Bəhruz Quluzadə yarışın ən yaxşı idmançısı seçilib.

Milli komandamız yarışda ümumi komanda hesabında birinci yerə layiq görülüb. Turnirin yekununda kubok Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu tərəfindən Azərbaycan milli komandasına təqdim edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button