Ölkə
Azərbaycan taekvondoçusu İslamiadada bürünc medal qazandı

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
AZERFAX.AZ xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə kot-d’İvuarlı İssa Diakiteyə 2:1 hesabı ilə qalib gəlib.
İslamiadaya noyabrın 21-də yekun vurulacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



