Ölkə

Azərbaycan və Türkiyə Mərkəzi Bankları təcrübə müzakirəsi aparıb


Azərbaycan və Türkiyənin Mərkəzi Bankları arasında beynəlxalq təcrübənin tətbiqi müzakirə edilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb.


Bildirilib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Türkiyə Mərkəzi Bankında işgüzar səfərdə olub. Səfər çərçivəsində keçirilmiş görüşlərdə AMB-nin büdcə planlaması və onun idarə edilməsi, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə innovasiyaların tətbiqi və daxili nəzarətin təkmilləşdirilməsi kimi sahələr üzrə interaktiv təqdimatlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin beynəlxalq təcrübələrin tətbiqi, mövcud və yenilənmiş sistemlərdən istifadənin effektivliyi və digər ikitərəfli maraq doğuran mövzular ətrafında faydalı və konstruktiv müzakirələr keçirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button