Ölkə

Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri


Azərbaycandan göndərilən neft məhsullarının ilk partiyasının Ermənistana çatmasının görüntüləri yayılıb.

AZERFAX.AZ xəbər verir ki, dekabrın 18-də SOCAR tərəfindən ilk dəfə olaraq Ermənistana yerli neft məhsulu göndərilib.


22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı Gürcüstandan keçməklə dekabrın 19-da Ermənistana çatdırılıb.

Qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən yola salınıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button