Ölkə

Azərbaycanda bu məhsul bahalaşa bilər


Azərbaycanda növbəti zəfəran yığımı yekunlaşıb. Lakin fermerlər məhsuldarlığın az olmasından şikayətlənirlər. Bəs buna səbəb nədir? Bu halda zəfəranın qiyməti necə dəyişəcək?

Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli AZERFAX.AZ-a açıqlamasında ölkədə bu il zəfəran yığımının çox aşağı olduğunu təsdiqləyib. O bildirib ki, məhsuldarlıq bir neçə ildir davamlı olaraq azalmaqdadır:


“Bunun əsas səbəbləri iqlim dəyişiklikləri və yağışın azlığı, quraqlıq və su balansının pozulması, torpaq problemləri və sənaye fəaliyyəti, eləcə də fermerlərin maliyyə və təşkilati çətinlikləridir”.

A.Nəsirli qeyd edib ki, məhsulun azalması bazarda zəfəranın qiymətinin artmasına səbəb olur:

“Artan qiymətlər həm yerli bazarda, həm də dünya bazarında yüksək səviyyəyə qalxa bilər, çünki məhsul nadir olduğundan daha baha satılır”.

Sevinc İbrahimzadə / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button