Ölkə

Azərbaycanda bu maşınların qiyməti ucuzlaşdı


Azərbaycanda Çin istehsalı olan bəzi avtomobillərin qiyməti ucuzlaşıb.

AZERFAX.AZ Xezerxeber.az-a istinadən xəbər verir ki, ötən il 2024-cü ilin 0 kilometr avtomobilinin satış qiyməti bu il 2025-ci il istehsalı eyni model, eyni komplektasiyanın qiymətindən 1000-2000 manat çox idi. Yəni, il keçdikcə modelin buraxılış ili yeni olsa da, qiymət enir. Satıcıların sözlərinə görə, qiymətlərin bu qədər fərqli olmasının bir çox səbəbi var. Əsas amillərdən biri Çin bazarında modellərin müxtəlifliyidir.


Satıcılar bildirirlər ki, avtomobillərin modelindən asılı olaraq 200 dollardan 1000 dollara qədər qiymətlərdə fərq var. Seqmentləri fərqli olan avtomobillərdə bu göstəricilər də fərqli olur. Bəzi modellərdə isə qiymət 3500-4000 manat yaxın aşağıdır.

Satıcılar onu da əlavə etdilər ki, avtomobillərin Çindən Azərbaycana gətirilməsində mövsümə uyğun qiymətlər dəyişdiyinə görə də bazarda qiymət müxtəlifliyi mövcud olur.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button