Ölkə

Azərbaycanda da kriptovalyutalardan istifadə ediləcək?


“Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrlərinin başa çatdığını bəyan edib. Sınaq müddətində 4 innovativ məhsulun qiymətləndirilməsi həyata keçirilib. 2 istiqamət üzrə qiymətləndirmə nəticələri uğurlu hesab olunub, digərləri üzrə məqsədəuyğun hesab edilməyib”.

AZERFAX.AZ xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dəstəklənən layihələr məhz kriptovalyuta əməliyyatları ilə bağlıdır:


“Kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyasını nəzərdə tutulur. İstifadəçilər bu inteqrasiya vasitəsilə “Binance” cüzdanlarına mədaxil və məxaric edə bilərlər.Digər layihə “kriptobroker platforması” virtual aktivlərinin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqların keçirilməsində məqsəd həmçinin bu istiqamətdə normativ-hüquqi bazanı formalaşdırmaq və təkmilləşdirməkdir.

Mərkəzi Bank hələ 2019-cu ildən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin icrasına başlayıb. Blokçeyn texnologiyasının tam tətbiqi imkanlarının araşdırılması virtual pul bazarının inkişafı baxımdan vacibdir.

Mərkəzi Bankın test layihələri daha yaxın gələcəkdə Azərbaycanda kriptovalyutaların buraxılması və istifadəsinə imkan yarada bilər. Qlobal maliyyə əməliyyatları intensiv şəkildə virtuallaşdığı üçün Azərbaycanda da kriptovalyutalardan istifadə və sistem inteqrasiyası əsas çağrışlardan biridir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button