Ölkə

Azərbaycanda həyat sığortası bazarı 33% böyüyüb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 655,437 milyon manat sığorta haqqı toplanılıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.


Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 33,5 % artaraq 484,664 milyon manata çatıb.

Beləliklə, 9 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 73,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 64,8 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 157,254 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 23,5 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 59,1manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,1 manat olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button