Ölkə

Azərbaycanda icbari sığorta bazarı böyüyüb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 331,339 milyon manat sığorta haqqı toplanılıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb


Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 131,691 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 4,5% çoxdur.

Beləliklə, 11 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 39,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 40,7 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 365,354 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844,833 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,7 % çoxdur.

11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,8 manat olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button