Azərbaycanda plastik əməliyyatların sayı kəskin artıb

Azərbaycanda estetik və plastik əməliyyatların sayında artım olub.
Dövlət Statistika Komitəsindən AZERFAX.AZ-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə plastik əməliyyatların sayı 2020-ci ildə 9,251 ikən, 2024-cü ildə 16,408-ə çatıb. Estetik əməliyyatlar isə 2020-ci ildə 5,252 nəfərdən 2024-cü ildə 10,766 nəfərə qədər artıb.
Azərbaycanda plastik əməliyyatların sayı (2020–2024):
2020-ci ildə 9,251
2021-ci ildə 11,518
2022-ci ildə 11,269
2023-cü ildə 14,647
2024-cü ildə 16,408
Azərbaycanda estetik əməliyyatların sayı (2020–2024):
2020-ci ildə 5,252
2021-ci ildə 6,061
2022-ci ildə 7,265
2023-cü ildə 9,441
2024-cü ildə 10,766
Bu rəqəmlər göstərir ki, son 5 ildə estetik əməliyyatların sayı təxminən iki dəfə artaraq, insanların gözəllik və sağlamlıq sahəsində artan tələbatını əks etdirir.
Ülkər Cəlilzadə / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.