Ölkə

Azərbaycanda qeydiyyata düşmək üçün müraciət edən əcnəbilərin sayı açıqlanıb


Bu ilin 9 ayında 176 min 873 əcnəbi Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciət edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.


Bildirilib ki, sözügedən dövrdə Azərbaycan ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı 58 min 930, vətəndaşlıq məsələləri ilə bağlı 947, Azərbaycanın vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 11 min 54, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı isə 7068 əcnəbi müraciət edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button