Azərbaycanda qışı hansı bölgələrdə keçirək?

Qış aylarında Azərbaycanda həm yerli əhali, həm də xarici turistlər ən çox Şahdağ, Qusar, Quba, Qəbələ və Şəki bölgələrini ziyarət edirlər. Bu bölgələr həm təbiəti, həm də qış turizminə uyğun infrastrukturuna görə seçilir.
AZERFAX.AZ-ın məlumatına görə, Şahdağ qış idman növləri – xizək sürmə, snoubord və dağa dırmanma ilə fərqlənir. Qusar və Qubaya gələnlər əsasən “Çənlibel” gölü, “Təngəaltı” dərəsi və qarlı meşə massivlərinə üstünlük verirlər.
Qəbələ isə Tufandağ qış-yay turizm kompleksi, Nohur gölü və qədim şəhər abidələrinə görə qışda da yüksək turist marağı görür. Şəkidə isə Xan sarayı, Kiş məbədi və tarixi karvansaralar qış mövsümündə ən çox ziyarət edilən məkanlardandır.
Qeyd edək ki, bu bölgələrdə hotellərə tələbat da artıb və qış turizmi istiqaməti üzrə rezervasiyalarda əvvəlki aylara nisbətən ciddi yüksəliş qeydə alınıb.
Sevinc İbrahimzadə / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



