Ölkə

Azərbaycanda tutulan şəxs Türkmənistana təhvil verildi


Türkmənistanın Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Baş Prokurorluğundan bildirilib.


Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Saparov Atarejep Agajepbaroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Saparov Atarejep Agajepbaroviç şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət əməllərinin törədilməsində ittiham edildiyindən beynəlxalq axtarışa verilib, o cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanına təhvil verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button