Ölkə
		
	
	
Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycanda vəzifəli şəxs vəfat edib.
AZERFAX.AZ yeni sabah.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travma və ortopediya bölməsinin elmi rəhbəri Elşən Məhərrəmov dünyasını dəyişib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Elşən Kamal oğlu Məhərrəmov 1966-cı ildə Bakıda doğulub. O, 1983-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub. 2011-ci ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travma və ortopediya bölməsinin elmi rəhbəri vəzifəsində çalışıb.
        
        
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
		
		
    



