İqtisadiyyat

Azərbaycanın karbamid ixracı 100 milyon dolları ötüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 100,23 milyon ABŞ dolları dəyərində 338 min 658 ton karbamid ixrac edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumat yayıb.
Hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 61 %, kəmiyyət olaraq – 10 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynaya 75,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 251 min 885 ton (+55 %), Kanadaya 12,5 milyon ABŞ dolları dəyərində 44 min 249 ton (1 il əvvəl tədarük olmayıb), Argentinaya 6,1 milyon ABŞ dolları dəyərində (+9 dəfə) 22 min 408 ton (+8 dəfə), Uruqvaya 1,94 milyon ABŞ dolları dəyərində 7 min 196 ton (1 il əvvəl tədarük olmayıb), Rumıniyaya 1,37 milyon ABŞ dolları dəyərində (-75 %) 5 min 72 ton (-89 %) məhsul satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 564 922 ton karbamidin 50 %-i Ukraynanın payına düşüb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button