Azərbaycanın qarpız ixracı 86% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 7,62 milyon ABŞ dolları dəyərində 16 628 ton qarpız ixrac edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 81 %, kəmiyyət olaraq – 86 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 6,43 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çox) 13 814ton (+2,6 dəfə), Ukraynaya 577 min ABŞ dolları dəyərində (-16 %) 1 122 ton (-28%), Belarusa 471 min ABŞ dolları dəyərində (+2 dəfə) 1 309 ton (+57 %), Estoniyaya 57 min ABŞ dolları dəyərində (-37 %) 168 ton (-38 %), Polşaya 41,24 min ABŞ dolları dəyərində 116 ton məhsul satıb.
Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Polşaya qarpız tədarükünü bərpa edib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 8,97 min ton qarpızın 60 %-i Rusiyanın payına düşüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.