Ölkə

Azərbaycanın xarici dövlət borcu 4,9 milyard dollara çatıb


Azərbaycanın bu il oktyabrın 1-nə 4 milyard 893,1 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 85,3 %-i elə dollarda olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, borcun tərkibində avro 6,3 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,4 %, yapon yeni 3,3 %, digər valyutalar isə 1,7 % paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,9 %-ni, sabit dərəcə ilə olanlar isə 51,1 %-ni təşkil edib.

Xarici dövlət borcunun 50,7 %-i 5 ilə qədər olan müddətdə, 43,9 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button