Ölkə

Azərbaycanla İtaliya hərbi təhsil sahəsinə dair müzakirə apardı


İtaliyada səfərdə olan Milli Müdafiə Univetsitetinin rektoru general-mayor Gündüz Əbdülov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə üzrə Ali Tədqiqatlar Mərkəzini ziyarət edib.

Bu barədə AZERFAX.AZ-a Müdafiə Nazirliyindən bildirilib.


Əvvəlcə mərkəzin direktoru general-polkovnik Stefano Mannino Azərbaycan nümayəndə heyətini salamlayaraq onları ölkəsində qəbul etməkdən böyük məmnunluq duyduğunu bildirib. O, iki ölkə arasında hərbi təhsil sahəsində formalaşmış əməkdaşlığın etibarlı tərəfdaşlıq və qarşılıqlı etimada əsaslandığını xüsusi olaraq diqqətə çatdırıb.

General-mayor Gündüz Əbdülov qonaqpərvər münasibətə görə təşəkkür edərək, aparılan görüşlər və müzakirələrin hər iki ölkənin hərbi təhsil sahəsində formalaşmış əməkdaşlığı üçün yeni imkanlar yaradacağını vurğulayıb. O, əməkdaşlıq istiqamətində atılan addımların təcrübə mübadiləsinə töhfə verəcəyini və gələcək birgə fəaliyyət üçün əhəmiyyət daşıdığını qeyd edib.

Daha sonra Azərbaycan nümayəndə heyətinə İtaliyanın Müdafiə üzrə Ali Tədqiqatlar Mərkəzinin yaranma tarixi, tədris modeli, həmçinin qurumun qarşısında duran strateji hədəflər və əsas fəaliyyət istiqamətləri barədə geniş təqdimat keçirilib. Heyətin üzvlərini maraqlandıran məqamlara dair suallar ətraflı şəkildə cavablandırılıb.

Görüşün sonunda general-mayor Gündüz Əbdülov xatirə kitabına öz səmimi fikirlərini qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button