Ölkə
Azad Qasımova vəzifə verildi – FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Ekspress” MMC-nin direktoru Əkbər Mədətli vəzifəsindən azad edilib.
AZERFAX.AZ xəbər verir ki, şirkətə rəhbərlik Azad Qasımova həvalə olunub.
O, bundan əvvəl də – 2022-ci ilin noyabr ayına qədər “ADY Ekspress”ə rəhbərlik edib.
Xatırladaq ki, “ADY Ekspress” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 912 464 manatdır. Şirkət dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.