Ölkə

AZAL bu uçuşları ləğv etdi


“Azərbaycan Hava Yolları” QSC Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar bir neçə reysi ləğv edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidmətindən bildirilib.


Məlumata görə, iyunun 13-ü və 14-nə nəzərdə tutulan aşağıdakı reysləri ləğv edilib:

Bakı-Təl-Əviv-Bakı

J2 021/022 (13 iyun)

J2 321/322 (13 iyun)

J2 021/022 (14 iyun)

Bakı-Dubay-Bakı

J2 011/012 (13 iyun)

Bakı-Tehran-Bakı

J2 8017/8018 (13 iyun)

Qeyd edilib ki, uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.

Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button