Bəşər Əsəd yenidən tələbə oldu

2024-cü ildə Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra ailə üzvləri ilə birlikdə Rusiyaya sığınan sabiq prezident Bəşər Əsəd barədə xəbər var.
AZERFAX.AZ nüfuzlu “The Guardian” qəzetinə istinadla bildirir ki, diktator Rusiya paytaxtında həyatının ən çətin günlərini yaşayır. “Prezident Vladimir Putin Bəşər Əsədin üzünə baxmır”, – “The Guardian” yazıb.
Nəşrin iddiasına görə, cansıxıcı həyat tərzindən bezən Əsəd yenidən tələbə olub. Keçmiş diktator bu yaxınlarda adı açıqlanmayan bir universitetin tibb fakültəsinə daxil olub. O, göz həkimliyi ixtisası üzrə təhsil alır.
Keçmiş dövlət başçısının Moskvada həm də rus dilini öyrəndiyi bildirilir.
Əsədin ailə üzvləri ilə birlikdə Moskvanın elita bölgəsi olan Rublyovkada yaşadığı ehtimal olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



