Ölkə

​Bakı 2026-cı ildə SportAccord Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcək


Paytaxt Bakı 2026-cı il 24–28 may tarixlərində beynəlxalq idman ictimaiyyətinin ən nüfuzlu müzakirə platformlarından biri olan – SportAccord World Sport & Business Summitinə ev sahibliyi edəcək. Bu münasibətilə 8 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, SportAccord və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında rəsmi müqavilə imzalanıb, təqdimat mərasimi keçirilib.

2003-cü ildə təsis edilən SportAccord bu gün həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərini təmsil edən 120-dən çox beynəlxalq federasiyanı, Beynəlxalq Olimpiya Komitəsini və digər idman təşkilatlarını bir araya gətirən nüfuzlu qurumlardan biridir. Təşkilatın əsas məqsədi idmanın qlobal inkişafına dəstək vermək, idman qurumları arasında əməkdaşlığı gücləndirmək və idmanın sosial, iqtisadi və mədəni dəyərlərini dünyada təşviq etməkdir.


SportAccord-un hər il keçirilən sammiti qlobal idman və biznes dairələrinin ən mötəbər tədbirlərindən biridir. Burada yüzlərlə beynəlxalq federasiya, təşkilat, sponsor və media nümayəndəsi bir araya gələrək idman dünyasının gələcəyini müzakirə edir, yeni tərəfdaşlıqlar qurur və qlobal şəbəkələşmə imkanlarından yararlanır. Sammit çərçivəsində konfranslar, sərgilər və ikitərəfli görüşlər təşkil edilir.

SportAccord həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərini birləşdirən Dünya Döyüş Oyunları (World Combat Games), Dünya Zəka Oyunları (World Mind Games) və Dünya Urban Oyunlarını (World Urban Games) təşkil edir və bu tədbirlər 150-dən çox ölkədə tanınır.

Bakının 2026-cı ildə bu mötəbər sammitə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq idman və biznes dünyasında mövqeyini daha da möhkəmləndirəcək və ölkəmizi qlobal idman ictimaiyyətinin diqqət mərkəzinə çıxaracaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button