Bakı Limanından daşınan tranzit yüklərin həcmi artıb

Ötən il “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”ndan 47 901 TEU ekvivalentində tranzit yük daşınıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu 2023-cü illə müqayisədə 35% artım deməkdir
Liman tərəfindən artan yük həcminin qarşılanması və limanda sıxlığın qarşısının alınması məqsədilə Ağır yüklər terminalı genişləndirilib.
Eyni zamanda, 2024-cü ildə bir ədəd yeni mobil kran, iki yeni teplovoz alınıb və üç əlavə dəmiryol xəttinin çəkilməsi planlaşdırılır. Qeyd olunan tədbirlər nəticəsində Limanın mövcud 100 000 TEU yükaşırma qabiliyyəti 150 000 TEU-ya və 100 min sərnişinə qədər artacaq. İkinci mərhələdə isə ümumi yükaşırma qabiliyyəti 25 milyon tona və 500 000 TEU-ya qədər artırılacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.