Ölkə
Bakıda ağır qəza – 7 yaşlı uşaq öldü

Bakıda yol qəzasında 7 yaşlı uşaq ölüb.
AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Tural Sədi oğlu Süleymanov qucağında oğlu 2018-ci il təvəllüdlü Usamə ilə BMW markalı avtomobilə oturub yaşadığı evin həyətində idarə etdikdə uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib.
Azyaşlı hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.