Ölkə

Bakıda itkin düşən məktəbli tapıldı


Bakıda itkin düşən azyaşlı tapılıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.

Qeyd edilib ki, itkin düşən məktəbli polis əməkdaşları tərəfindən “Play station” oyun salonunda tapılıb və ailəsinə təhvil verilib.

21:52

Bakıda 4-cü sinif şagirdi itkin düşüb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Belə ki, Əlizadə Ayxan Zəfər oğlu sonuncu dəfə Sarayevo küçəsi istiqamətində, Neapol dairəsi və 171 nömrəli məktəbin yaxınlığında görülüb.

Yaxınları hadisə ilə bağlı polisə müraciət etdiklərini bildiriblər.

Görənlərdən və ya məlumatı olanlardan 077 733 05 05 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev qeyd edib ki, azyaşlının tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button