Ölkə
Bakıdakı bu məktəb barədə araşdırma başladı

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZERFAX.AZ-a verilən məlumata görə, “Son zəng” tədbirinin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.
Vurğulanıb ki, aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.