Bölgələrdə hansı idman tədbirləri keçiriləcək?

2025-ci ilin payız və qış aylarında Azərbaycanın bir sıra bölgələrində müxtəlif idman tədbirləri keçiriləcək.
Bu barədə AZERFAX.AZ-ın sorğusuna cavab olaraq Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki sentyabrın 13-14-də Gəncə İdman Sarayında “ASF Ganja Cup 2025” üzgüçülük turniri keçiriləcək. 19–21 sentyabrda Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində karate üzrə “Olimpiya ümidləri” beynəlxalq turniri təşkil olunacaq. Sentyabrın 27-də isə Şəki Olimpiya İdman Kompleksi batut gimnastikası üzrə 9-cu ölkə birinciliyinə ev sahibliyi edəcək.
Sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə şəhər stadionunda III MDB Oyunları baş tutacaq. Bundan başqa, oktyabrın 4-5-də Astara Bulvarında şose qaçışı üzrə ölkə birinciliyi, 25-26 oktyabrda isə Cəlilabadda kros qaçışı üzrə payız çempionatı keçiriləcək.
Sevinc İbrahimzadə / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.