Ölkə

Böyük Misir Muzeyi açıldı – VİDEO


Misirin paytaxtı Qahirənin qərbində yerləşən və “dördüncü piramida” adlandırılan Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçirilib.

AZERFAX.AZ xəbər verir ki, mərasim Misir Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə baş tutub.


Misir Prezident Administrasiyasının məlumatına görə, tədbirdə 79 ölkədən rəsmi nümayəndə heyətləri, o cümlədən 39 dövlət və hökumət başçısı, kral və şahzadələr iştirak edib. Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Təxminən 1 milyard ABŞ dollarına başa gələn layihə əsasən Yaponiyanın maliyyə dəstəyi ilə reallaşdırılıb. Burada ziyarətçilər Tutanxamonun 5 mindən artıq eksponatı da daxil olmaqla 57 mindən çox tarixi əşyanı görmək imkanı əldə edəcəklər.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button