Ölkə

Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA


Oktyabrın 26-sı gündüz şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə hava şəraiti qısamüddətə dəyişib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Yüksək dağlıq ərazilərdə – Şahdağ, Kəlbəcər, Qubadlı, Laçında isə qar yağıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 13, Balakəndə 6, Şahbuzda 5, Zaqatalada 4, Tovuz, Şəki, Sədərək, Şuşa, Naxçıvan, Şərur, Ordubad, Daşkəsən, Şəmkir, Quba, Qusarda 2 mm-dək qeydə alınıb.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Şahdağda 20, Culfa və Naftalanda 18, Mingəçevir və Naxçıvanda 16 m/s-dək güclənib.

Oktyabrın 27-si gündüz, 28-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button