Bu dərmanın satışı apteklərdə mövcud deyil

Bildirilib ki, artıq 2-3 aydan çoxdur ki, sözügedən dərman vasitəsi apteklərə gətirilmir. Əczaçılar bunu kofein benzoat natrium həblərinin istehsal olunduğu ölkədə qiymətinin artması ilə əlaqələndirib.
AZERFAX.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Mətbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycana dərman vasitələrinin idxalı özəl şirkətlər tərəfindən həyata keçirilir.
AEM-dən təqdim edilən son iki idxal göstəricilərinə görə, 19 fevral 2024-cü il tarixdə kofein tabletlərinin idxalı üçün müraciət edilib, 3246 blister dərman vasitəsinin idxalına icazə verilib. Sonuncu dəfə isə 15 mart 2024-cü ildə idxal üçün müraciət edilib və 11587 blister dərman vasitəsinin idxalına icazə verilib.
Qeyd edək ki, kofein həbləri xroniki yorğunluq sindromu, qan dövranı pozğunluğu, ürək çatışmazlığı və hipotoniya zamanı istifadə olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.