Ölkə

Bu gündən hava dəyişir – Sarı və narıncı xəbərdarlıq


Milli Hidrometeorologiya Xidməti bu gündən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bu barədə AZERFAX.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.


Naxçıvan MR, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xankəndi, Xocavənd, Şuşa, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Salyan, Ucar, Kürdəmir, Saatlı, Sabirabad, Zərdab, İmişli, Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı Astara, Biləsuvar, Xaçmaz, Şabran, Siyəzən, Quba, Ağsu, Şamaxı və Balakəndə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Ağdam, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Hacıqabul, Neftçala, Qobustan, Gəncə, Samux, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Qusar, Şəki, Oğuz, Zaqatala, Qax, İsmayıllı, Qəbələ, Ağdaş və Göyçayda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button