Bu halda “Whatsapp” mesajları üçüncü şəxslər tərəfindən oxuna bilər

Bu o deməkdir ki, mesaj yalnız göndərən və alan şəxs tərəfindən oxuna bilər. WhatsApp, Meta (Facebook), ya da üçüncü tərəflər bu yazışmaları görə bilmir. AZERFAX.az xəbər verir ki, söhbətlər cihazlarda saxlanılır, WhatsApp-ın serverlərində mesaj məzmunu saxlanmır.
Amma Telefonun özü təhlükəsiz deyilsə (yəni viruslu, ya da kiminsə əlindədirsə), bu zaman məxfiliyin qorunması zəifləyə bilər. Bulud ehtiyat nüsxələri (backup) – Əgər siz WhatsApp mesajlarınızı Google Drive və ya iCloud-a ehtiyat nüsxə olaraq saxlayırsınızsa, bu zaman həmin bulud platformaları şifrələmə sisteminə daxil ola bilər. Amma indi bu nüsxələr də əlavə şifrələmə ilə qorunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.