Ölkə

Bu iki ölkə arasında müharibə başladı


Tailand və Kamboca arasında atəşkəs razılaşmasına baxmayaraq yenidən qarşıdurma baş verib.

AZERFAX.AZ xəbər verir ki, sərhəddəki ərazi mübahisələri səbəbindən yenidən başlayan qarşıdurmalarda 4 Kamboca vətəndaşı həyatını itirib, 9 nəfər yaralanıb. Bu barədə açıqlama verən Kamboca İnformasiya Naziri Neth Pheaktra bildirib ki, sərhəd yaxınlığındakı müxtəlif kəndlərdən on minlərlə insan didərgin düşüb. Tailand ordusu isə 50000-dən çox insanın sərhəd yaxınlığındakı ərazilərdən qaçdığını və sığınacaqlarda məskunlaşdığını açıqlayıb.


Tailand Baş naziri Anutin Çarnvirakul, ölkəni müdafiə etmək və ictimai təhlükəsizliyi təmin etmək üçün zəruri hesab edildiyi təqdirdə hərbi əməliyyatların davam edəcəyini bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button