Ölkə
Bu ilin ikinci Günəş tutulması başladı

Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından AZERFAX.AZ-a verilən məlumata görə, tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.
Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.