Ölkə

Bu nazirlikdə iki şöbə müdiri işdən çıxarıldı.

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub.

AZERFAX.az Teleqraf-a istinadən xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayevin əmri ilə qurumun iki şöbə müdiri vəzifəsindən azad olunub.

Bunlar nazirliyin Hüquq şöbəsinin müdiri İsmayıl İbrahim oğlu Kərimov və Maliyyə və uçot şöbəsinin müdiri Nadim Buludxan oğlu Bayramovdur. Onların yerinə yeni təyinat olmayıb.

Hazırda Hüquq şöbəsi müdirinin səlahiyyətlərini müdir müavini Züleyxa Qafarova, Maliyyə və uçot şöbəsi müdiri vəzifəsini isə həmin strukturda müavin olan Səbinə Mustafayeva icra edir.

Nazir V. Mustafayevin əmri ilə Aslanov Azad Ramiz oğlu isə Müdafiə Sənayesi Nazirliyinin Kadrlar şöbəsinin müdiri təyin olunub. Bu vəzifə xeyli müddətdir boş idi.

Qeyd edək ki, işdən çıxarılan İsmayıl Kərimov və Nadim Bayramovu 2019-cu ilin iyul ayında o zaman müdafiə sənayesi naziri olan Mədət Quliyev vəzifəyə təyin etmişdi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button