Ölkə
Bu ölkədə faciə baş verdi

Sudanın qərbindəki Marra dağları bölgəsində güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1000-i ötüb.
AZERFAX.AZ xəbər verir ki, təbii falakət bir kəndi xəritədən silib. Kənddə 1 nəfərin sağ qaldığı bildirilir. Məlumata görə, torpaq uçqunu yağan güclü yağışdan sonra baş verib. Yerli dairələr Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq yardım təşkilatlarına müraciət edərək ölənlərin cəsədlərinin çıxarılmasını istəyib.
Qeyd edək ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında vətəndaş müharibəsi davam edir. Regiondakı zorakılıq beynəlxalq yardımın çatdırılmasına mane olur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.